Yol polisinin tələbinə əməl etməyən sürücü HƏBS EDİLDİ - FOTO

Yol polisinin tələbinə əməl etməyən sürücü HƏBS EDİLDİ - FOTO

Hazırda oxunan: Yol polisinin tələbinə əməl etməyən sürücü HƏBS EDİLDİ - FOTO

142794

Yol polisinin qanuni tələbinə əməl etməyən yük avtomobilinin sürücüsü saxlanılıb.

DYP-dən Bizim.Media-ya verilən xəbərə görə, yol patrul xidmətinin əməkdaşları tərəfindən yükdaşıma qaydalarını pozduğuna görə “Saxla” işarəsi verilən “Shacman” markalı, 99-XM-703 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Əli Hüseynov polisin qanuni tələbinə tabe olmayaraq hərəkətini davam etdirib.

Baş DYP İdarəsinin YPX Alayının I taqımının əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində Əli Hüseynov saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Əli Hüseynov inzibati qaydada həbs edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO