Laçın şəhərində rayon prokurorluğunun inzibati binası istifadəyə verildi - FOTO

Laçın şəhərində rayon prokurorluğunun inzibati binası istifadəyə verildi - FOTO

Hazırda oxunan: Laçın şəhərində rayon prokurorluğunun inzibati binası istifadəyə verildi - FOTO

142691

İyunun 22-də işğaldan azad edilmiş Laçın şəhərində rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verilib.

Bizim.Media xəbər verir ki, açılış mərasimində Baş prokuror Kamran Əliyev, Baş prokurorluğun rəhbər heyəti, eləcə də prokurorluğun veteranları iştirak edib. 

Tədbirdən öncə mərasim iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri düzərək onun unudulmaz xatirəsini dərin ehtiramla yad edib.

Tədbir iştirakçılarına məlumat verilib ki, inzibati binada prokuror, prokuror köməkçiləri və müstəntiqlər üçün otaqlar, dəftərxana və arxiv yaradılıb.


Qeyd edilib ki, bina bütün zəruri avadanlıq, kompüter sistemi, kommunikasiyalar və mühəndis qurğuları ilə təchiz edilib, mebel və digər inventarlarla təmin olunub.

Laçın rayon prokurorluğunun yeni inzibati binasında yaradılan şəraitlə tanış olan Baş prokuror kollektivə uğurlar arzu edib. 

Baş Prokuror bildirib ki, Laçın rayon prokurorluğunun Laçın şəhərində inzibati binasının açılışı prokurorluq orqanlarının tarixində mühüm günlərdən biri olmaqla, prokurorluq işçisi kimi hər kəsi sevindirir və prokurorluq orqanlarının tarixinə qızıl hərflərlə yazılacaq.  


Qeyd olunub ki, inzibati binasının açılışı edilən ilk dövlət orqanlarından biri olması, prokurorluq orqanlarının fəaliyyəti üçün yaradılmış yüksək şərait prokurorluq orqanlarının dövlət orqanları sistemində yüksək yerini göstərməklə, həm də dövlət başçısı tərəfindən prokurorluğa göstərilən etimad və qayğının sübutudur. 
Diqqətə çatdırılıb ki, prokurorluq orqanlarının ənənəvi tarixi fəaliyyəti, ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasətə sadiqliyi və bu siyasətin həyata keçirilməsinə yüksək dəstəyi əminlik yaradır ki, prokurorluq orqanları işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Laçın rayonunda hüquq qaydasının təmin edilməsi və möhkəmləndirilməsi, insan və vətəndaşların hüquq və azadlıqlarının qorunması, cinayətkarlıqla mübarizə  üzrə digər orqanlarla əlaqəli şəkildə fəaliyyətini bundan sonra da yüksək səviyyədə yerinə yetirməklə, göstərilən etimadı daha da yüksək səviyyədə doğrultmağa, qarşıya qoyulmuş vəzifələrin öhdəsindən tam şəkildə gəlməyə davam edəcək.

Prokurorluq əməkdaşlarının xidmətlərinin daha səmərəli və peşəkar təşkil edilməsi üçün yaradılan yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminata və təchizata görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq ifadə olunub. 

Xatirə fotoşəkli çəkilib.

























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO