Şamaxı Rəsədxanası nəhəng qalaktikaları tədqiq edəcək

Şamaxı Rəsədxanası nəhəng qalaktikaları tədqiq edəcək

Hazırda oxunan: Şamaxı Rəsədxanası nəhəng qalaktikaları tədqiq edəcək

142652
AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında kosmik obyektlərin öyrənilməsi istiqamətində bir sıra vacib addımlar atılacaq. 

Moderator.az xəbər verir ki,  rəsədxana bu istiqamətdə tədqiqatlara artıq başlayıb. ŞAR Kanadanın Monreal Universiteti ilə birgə massiv- isti Volf-Rayet tipli ulduzların və Rusiyanın Moskva Dövlət Universiteti ilə birgə Seyfert tipli qalaktikaların tədqiqini aparacaq. 

Rəsədxana həmçinin ulduzlararası mühitin fizikası sahəsində Polşanın Kopernik Universiteti və Rusiyanın Xüsusi Astrofizika Rəsədxanası ilə birgə tədqiqatlar da aparacaq. Bu tədqiqatlar beynəlxalq arenaya çıxmağa imkan verəcək.

Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO