“Dövlət qulluğunda işləmək istəyənlər ana dilimizi aydın bilməlidir” - DİM sədri

“Dövlət qulluğunda işləmək istəyənlər ana dilimizi aydın bilməlidir” - DİM sədri

Hazırda oxunan: “Dövlət qulluğunda işləmək istəyənlər ana dilimizi aydın bilməlidir” - DİM sədri

142550

“Xaricdə təhsil alan Azərbaycan vətəndaşlarından dövlət qulluğunda işləmək istəyənlər var. Amma onlar Azərbaycan dilində imtahan verə bilmirlər və bunu bizə irad tuturlar”.

Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə İnsan Resursları Zirvəsində “Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusundakı paneldə çıxışı zamanı deyib.

O bildirib ki, həmin azərbaycanlılar buna səbəb kimi xarici dildə təhsil almalarını əsas göstərirlər: 

“Dövlət qulluğunda işləmək istəyən ana dilimizi aydın bilməlidir. Ola bilsin ki, gələcəkdə həmin namizədlərin Azərbaycan dilini B2 səviyyəsində bilməsini yoxlayıb, dövlət qulluğuna qəbul etmək mümkün ola bilər. Təbii ki, bu da qanunvericilikdə öz əksini tapmalıdır. Hər halda məsələ müzakirə oluna bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO