Gəncə Şəhər İcra Hakimiyyəti yanında şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə Komissiya yaradılıb.
Bu barədə Bizim.Media-nın yerli bürosuna məlumatı icra hakimiyyətindən veriblər.
Qeyd olunub ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən yaradılan komissiyanın iclası keçirilib. İclasda gündəlikdə duran bir sıra məsələlər və komissiyanın tərkibində yaradılan işçi qrupunun fəaliyyəti ətrafında geniş müzakirələr aparılıb. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahələrində aparılan qeyri-qanuni tikinti işlərinin müəyyənləşdirilməsi, onların qarşısının alınması məqsədilə qanunamüvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:10 / 21.06.2023
Gəncədə qanunsuz tikintilərin qarşısı ALINACAQ – FOTO
Hazırda oxunan: Gəncədə qanunsuz tikintilərin qarşısı ALINACAQ – FOTO
Hazırda oxunan: Gəncədə qanunsuz tikintilərin qarşısı ALINACAQ – FOTO
142498
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.