İnsan alveri ilə bağlı ABŞ Dövlət Departamenti hesabat hazırlayıb. Son hesabatda Əfqanıstan liderdir. “Taliban” iqtidarının yeniyetmələrin məcburi əməyə, cinsi köləliyə və orduya cəlb edilməsində fəal iştirak etdiyi hesabatda geniş yer alıb. Bundan başqa hesabatda insan alverinin daha çox rast gəlinən 10 ölkəsinin adı qeyd olunub. Bu ölkələr Çin, İran, Rusiya, Eritreya, Myanma, Cənubi Sudan, Şimali Koreya, Suriya, Kuba və Türkmənistandır.
Dövlət Departamentinin hazırladığı hesabata nəzər yetirərkən ədalət tərəzisinin əyildiyini çox aydın görmək olar. Bu da ondan irəli gəlir ki, siyahı daha çox siyasi yöndə hazırlanıb.
Rusiyanın, Çinin və İranın insan alverində lider ölkə kimi verilib.
Amma unutmayaq ki, hazırda hər 3 ölkə ilə ABŞ soyuq müharibə şəraitində yaşayır. Şimali Koreya, Kuba da ABŞ üçün dost ölkə deyil. Əsəd rejiminin hökm sürdüyü Suraiyanın da siyahıda yer alması da siyasi rəngi bir qədər tündləşdirir. Çünki, İraqda vəziyyət heç də Suriyadan yaxşı deyil. Hələ Meksikanın, Kolumbiyanın bu siyahıda yer almamsı xeyli təəccüb doğurur.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda insan alveri qurbanlarının STATİSTİKASI
Siyahıya daha çox islam ölkələrinin salınması həm də islamofobiyanın təzahürü kimi qəbul edilə bilər. Bəs, ABŞ-ın bu yanaşması nə qədər ədalətlidir?
Sual ətrafında politoloq Cümşüd Nuriyevlə fikir mübadiləsi etdik. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, siyahıya diqqətlə nəzər yetirsək, maraqlı bir mənzərəni görərik:
“Əfqanıstanda insan alveri adi haldır. 10-15 yaşlı uşaqlar bu ölkədə çox asanlıqla alınıb-satılır. Çinin əhalisi daha çox olduğuna görə, orada insanların alınıb-satılmasında problem görmürəm. İranda isə daha çox orqan alveri geniş yayılıb. Rusiya, Eritreya, Myanma, Cənubi Sudan, Şimali Koreya, Suriya, və Kubanın da bu siyahıda yer alması heç də təəccüblü deyil.
Amma Türkmənistanın bu siyahıya salınması o qədər də inandırıcı deyil. Çünki, ölkənin həm əhalisi azdır, həm də burda sərt rejim hökm sürür.Türkmənistanın dünyanın ən çox insan alveri olan 10 ölkəsindən biri olması inandırıcı görünmür”.
Cümşüd Nuriyev qeyd etdi ki, siyahıya nəzər yetirərkən görürsən ki, 10-luqdakı ölkələrin 90 faizi Rusiyaya yaxın dövlətlərdir:
“Çin, İran, Suriya, Kuba və digər ölkələrin Rusiya ilə çox yaxşı münasibəti var. Və sanki siyahı hazırlanarkən bu məqama xüsusi diqqət ayrılıb. Bundan başqa dünyanın ən çox əhalisi olan Hindistanın da bu siyahıya salınmaması təəccüb doğurur. Bundan başqa hazırda Ukraynada olan orqan alveri dünyanın heç bir ölkəsində yoxdur. Əsir götürülən insanların orqanlarının Avropaya daşınması faktı artıq öz sübutunu tapıb. Lakin nədənsə ABŞ Dövlət Departamenti Ukraynanı bu siyahıya salmayıb”.
Surxay Atakişiyev, Bizim.Media