Azərbaycanda neçə qeyri-müsəlman dini icma var? - AÇIQLANDI

Azərbaycanda neçə qeyri-müsəlman dini icma var? - AÇIQLANDI

Hazırda oxunan: Azərbaycanda neçə qeyri-müsəlman dini icma var? - AÇIQLANDI

142169

“Hazırda Azərbaycanda 38 qeyri-müsəlman dini icması rəsmi olaraq dövlət qeydiyyatından keçib”. 

Bizim.Media xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Müasir dövrdə birgəyaşayışın çağırışları və perspektivləri” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. 

O vurğulayıb ki, Azərbaycan çox konfensiyalı ölkədir:

“Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu konstitusiyamızda dini etiqad azadlığı, söz və vicdan azadlığı ilə bağlı müddəalar var. Bu gün Azərbaycanda 38 qeyri-müsəlman dini icması rəsmi olaraq dövlət qeydiyyatından keçib. Azərbaycanda müsəlmanlar, xristianlar, yəhudilər və digər dini icmaların nümayəndələri birgə yaşayırlar. Prezident İlham Əliyev də bu məsələyə xüsusi diqqətlə yanaşır”. 

Dövlət Komitəsinin sədri qeyd edib ki, bəşəriyyət birgəyaşayışın formalarını daim axtarıb:

“Bütün dinlərdə də birgəyaşayışı müəyyənləşdirməklə bağlı istiqamətlər göstərilib. Bu gün də dünya yeni münasibətlər axtarışındadır. Dünya əhalisinin təxminən 60 faizi şəhərlərdə cəmləşib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO