Bu gün SABAH qruplarına test imtahanı keçiriləcək

Bu gün SABAH qruplarına test imtahanı keçiriləcək

Hazırda oxunan: Bu gün SABAH qruplarına test imtahanı keçiriləcək

141989

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsini keçirəcək.

Bizim.Media xəbər verir ki, imtahan Bakıda təşkil olunacaq.

İmtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO