Tovuzda iki maşın toqquşdu - Bir nəfər xəstəxanalıq oldu

Tovuzda iki maşın toqquşdu - Bir nəfər xəstəxanalıq oldu

Hazırda oxunan: Tovuzda iki maşın toqquşdu - Bir nəfər xəstəxanalıq oldu

141982

Tovuzda bir nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən ərazisində baş verib.

Hərəkətdə olan sərnişin avtobusu  ilə  "KamAZ"  markalı yük avtomobili toqquşub.

Qəza zamanı yük maşınının sürücüsü, 1980-ci il təvəllüdlü Teymur Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO