Taxıl biçimi ölkəmizdə və dünyada sürətlə davam edir. Ölkəmizin bəzi rayonlarına yağış və dolunun düşməsi məhsuldarlığa bir qədər ziyan vursa da, digər rayonlarda yüksək məhsul istehsalı var.
Taxıl xarici ölkələrdən, əsasən də, Rusiya və Ukraynadan idxal olunduğu üçün müharibə başlayandan çörəyin və unun qiyməti qalxıb. Yəni, ölkəmizdə taxıl az istehsal olunarsa, idxal səbəbilə qiymətin qalxması ehtimalı hələ də qalmaqdadır.
Bəs görəsən bu il taxıl qiymətlərində bahalaşma yoxsa ucuzlaşmaya şahidlik edəcəyik?
Statistikani öyrənmək üçün ilk olaraq Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq. Qurumdan Bizim.Media-ya bildirildi ki, taxil biçimi hələ davam etdiyi üçün məhsuldarlıqla bağlı dəqiq məlumat vermək mümkün deyil.
İqtisadçı ekspert Akif Nəsirli isə qeyd edib ki, ölkəmizdə tələbatın təxminən 60 faiz hissəsi xaricdən idxal edildiyinə görə, qiymətin dəyişməsi dünya bazarında taxılın miqdarı ilə təyin olunacaq:
“Azərbaycanda taxılın qiymətinin müəyyənləşməsində yerli istehsalın rolu çox azdır. Demək olar ki, ölkəmizdə tələbatın təxminən 30-40 faizini yerli istehsal təşkil edirdi. Tələbatın böyük hissəsi isə idxaldan asılıdır. Ona görə də Azərbaycanda qiymətlərin dəyişməsi dünyada taxılın məhsuldarlığından aslı olacaq. Məhsuldarlıq yüksək olarsa, qiymət aşağı olacaq, əks halda isə bahalaşma gözlənilir. Azərbaycana idxal olunan taxılın qiyməti də buna uyğun müəyyənləşəcək”.
Ekspertin sözlərinə görə, bol məhsuldarlıq olsa belə, çörək qiymətlərində hər hansı bir ucuzlaşma gözlənilmir:
“Ucuzlaşma variantının ölkə bazarına təsir etmə imkanı çox zəifdir. Azərbaycanın daxili bazarında bu seqment tam inhisarda olduğuna görə, dünyada gedən ucuzlaşma çörəyin qiymətinə çox az təsir edir. Hətta “təsir etmir” desək daha doğru olar.
Məsələn 2021-ci ilin yanvarından indiyədək taxılın qiyməti dünya bazarında 40 faizə qədər ucuzlaşıb. Azərbaycanda isə həmin müddətdə çörəyin qiyməti hec 1 faiz də ucuzlaşmayıb. Yalnız 1 çeşid zavod çörəyi 70 qəpikdən 65 qəpiyə düşüb. Amma unun qiymətində 6-7 manat ucuzlaşma var.
Belə nəticəyə gəlmək olar ki, taxılın miqdari az olarsa, yalnız bahalaşma bizim bazarda görünə bilər.
Dünyada isə taxıl bolluğu gözlənlir. Çünki illərdir taxılın az olmaıs, əhalinin daha geniş ərazilərdə taxil sahələri yaratmağına səbəb olur”.
Akif Nəsirli əlavə edib ki, bəzi yerlərdə taxıl biçiminin heç başlamaması, bəzilərində isə hələ davam etməsi səbəbindən məhsuldarlıqla bağlı dəqiq proqnoz vermək çətindir:
“Bütün bu statistika haqqında konkret fikir söyləmək üçün biz mövsümün sonunu gözləməliyik. Taxil yığımı həm Azərbaycanda ,həm də dünya ölkələrinin çoxunda başlayıb. Ancaq bizim taxil tədarükü etdiyimiz Rusiyada hələ yığım start götürməyib”.
Röyanə Oğuz, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:40 / 17.06.2023
Taxılın məhsuldarlığı ilə bağlı PROQNOZ – Çörəyin qiyməti UCUZLAŞACAQ?
Hazırda oxunan: Taxılın məhsuldarlığı ilə bağlı PROQNOZ – Çörəyin qiyməti UCUZLAŞACAQ?
Hazırda oxunan: Taxılın məhsuldarlığı ilə bağlı PROQNOZ – Çörəyin qiyməti UCUZLAŞACAQ?
141889
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.