Biləsuvarda QANLI OLAY – Qardaş qardaşı ÖLDÜRDÜ 

Biləsuvarda QANLI OLAY – Qardaş qardaşı ÖLDÜRDÜ 

Hazırda oxunan: Biləsuvarda QANLI OLAY – Qardaş qardaşı ÖLDÜRDÜ 

141851

İyunun 17-si, saat 02 radələrində 1984-cü il təvəllüdlü Amil Şirqasımovun kəsilmiş-deşilmiş xəsarətlərdən Biləsuvar rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Biləsuvar Rayon Prokurorluğu məlumat yayıb. 

Aparılmış araşdırmalarla 1987-ci il təvəllüdlü Abuzər Şirqasımovun Biləsuvar rayonunun Xırmandalı kəndində yerləşən evlərdən birində aralarında yaranmış mübahisə zamanı qardaşı Amil Şirqasımova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Abuzər Şirqasımov iş üzrə şübhəli şəxs qismində tutulub.

İstintaq davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO