Həftəsonu milli parklarda gözlənilən hava AÇIQLANDI 

Həftəsonu milli parklarda gözlənilən hava AÇIQLANDI 

Hazırda oxunan: Həftəsonu milli parklarda gözlənilən hava AÇIQLANDI 

141792

İstirahət günlərində - iyunun 17-18-də milli parklarda gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Samur–Yalama Milli Parkında istirahət günlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin iyunun 17-si gündüz, 18-də gün ərzində arabir yağıntılı olacağı şimşək çaxacağı gözlənilir.

Gecə və səhər duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 15-19°, gündüz 23-26° isti olacağı proqnozlaşdırılır. 

Altıağac Milli Parkında havanın arabir yağışlı keçəcəyi, iyunun 17-si axşam, 18-də gecə və səhər yağıntıda fasilə olacağı gözlənilir. Gecə və səhər duman olacaq.

Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 12-15°, gündüz 20-25° isti olacağı bildirilir. 

Ağgöl Milli Parkında hava əsasən yağmursuz keçəcək. Lakin iyunun 18-də axşam arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 14-19°, gündüz 30-32° isti olacağı ehtimal edilir. 
Qızılağac Milli Parkında hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-19°, gündüz 28-31° isti olacağı ehtimalı var. 

Göygöl Milli Parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında arabir yağış yağacağı gözlənilir.

Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 12-14°, gündüz 18-23° isti olacağı gözlənilir. 

Şirvan Milli Parkında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin iyunun 17-si gündüz, 18-də axşam arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq.

Qərb küləyi əsəcək, arabir sürətlənəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 30-33° isti olacağı proqnozlaşdırılır. 

Hirkan Milli Parkında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19°, gündüz 28-31° isti olacaq. 
Milli parklarımızın hamısı əvəzolunmaz təbiət inciləridir. Turistlər bu gözəllikləri həvəslə ziyarət edərək həm füsunkar mənzərələrdən zövq ala bilir, həm də vəhşi təbiətlə birbaşa təmas qurmuş olur ki, bu da ekoturistlərin sayının artan templə inkişafını təmin edir. Milli parklarda ekoturizmin daha da inkişaf etdirilməsi üçün ardıcıl tədbirlər görülür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO