“Ölkəmizin əksər məscidlərində azan vaxtı iranlı müəzzin Səlim Müəzzinzadənin lent yazısı səsləndirilir. O adam azanı tamamilə yanlış, küfr səviyyəsində oxuyub. Həm sözləri təhrif edib, həm də dində haram sayılan zəngulə ilə boğaza salaraq oxuyub. Üstəlik də Allah kəlamını əsla azana uyğun olmayan, qiraət qaydalarına zidd olan Zəminxarə üstündə oxuyub. O azana dini alimlər və hətta ərəblər belə qulaq asanda sual edirlər ki, bu adam islama rişxənd edir? Ancaq bizdə camaat ərəbcə anlamadığı üçün səsin sehrinə düşüb iştahla o səsi dinləyirlər”.
Bunu Bizim.Media-ya açıqlamasında ilahiyyatçı Tural İrfan deyib. O bildirib ki, azan ağlaşma üslubunda yox, nikbin notlarda oxunmalıdır:
“Din İranın təqdim etdiyi kimi digər məzhəbdən qisas almaq üçün əzabkeş roluna girmək aləti, qara matəm ənənəsi deyil. Sübh azanı, uzaqdan namaza gələnlər yuxudan qalxıb çatsın deyə uzun, axşam azanı Məğrib namazının vaxtı az olduğu üçün nisbətən qısa oxunmalıdır. Günorta, Əsr, İşa azanlarının oxunduğu məqamlar var.
Bir iranlı mərsiyyəxanın ağlaşma üstündə oxuduğu təhrif və təhqir olunmuş lent yazısını bütün ölkəyə yaymaqla müvafiq qurumlar nə demək istəyir başa düşə bilmirik?
Bəyəm, Azərbaycanda gözəl səsli müəzzinlər yoxdur? Fəxrlə deyə bilərəm ki, Azərbaycan dünyaya ən gözəl səsli, avazlı xanəndələr, müəzzinlər yetirib. Hazırda azan oxuyan kifayət qədər müəzzinlərimiz var. Hətta Alim Qasımov da əzan oxumuşdu, lent yazısı da var”.
Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin mövqeyini öyrənmək istədik. QMİ-dən bildirildi ki, məsələni ətraflı aradşırdıqdan sonra məlumat veriləcək.
Mövzunu diqqətdə saxlayacağıq.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:40 / 17.06.2023
Məscidlərimizdə niyə iranlı müəzzinin səs yazısı səsləndirilir? – AÇIQLAMA
Hazırda oxunan: Məscidlərimizdə niyə iranlı müəzzinin səs yazısı səsləndirilir? – AÇIQLAMA
Hazırda oxunan: Məscidlərimizdə niyə iranlı müəzzinin səs yazısı səsləndirilir? – AÇIQLAMA
141775
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.