2019-cu ildən etibarən başlayan geniş kadr islahatları çərçivəsində icra başçıları içərisində vəzifələrini itirənlərin sayı kifayət qədər çoxdur. Yeni təyinatlar içərisində isə gənc kadrlar üstünlük təşkil edir.
Buna rəğmən, uzun müddət icra başçısı kimi fəaliyyəti göstərən məmurların da sayı az deyil. Onlardan bəziləri bir, bəziləri isə bir neçə rayonda icra başçısı kimi fəaliyyət göstəriblər.
Bizim.Media bu dəfə 20 ildən artıq icra başçısı kreslosunda əyləşən məmurların siyahısını hazırlayıb.
Həmin siyahını təqdim edirik:
Eyvaz Hüseynov
Ən uzunömürlü icra başçısı Eyvaz Hüseynovdur. O, 1992-ci ildən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısıdır. 31 ildir bu vəzifəni daşıyan Eyvaz Hüseynov ən yaxın izləyicisini 2 il qabaqlayır.
Adil Məmmədov
Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov 29 ildir ki, müxtəlif rayonlarda bu vəzifəni daşıyır. Adil Məmmədov 1994-2002-ci illərdə Oğuzun, 2002-2004-cü illərdə Qəbələnin, 2004-2011-ci illərdə Biləsuvarın icra başçısı olub. O, 2011-ci ildən Qobustana rəhbərlik edir.
Novruz Novruzov
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov isə 28 ildir bu vəzifənin başındadır. O, 1995-2002-ci illərdə Lerik, 2002-2007-ci illərdə Goranboy, 2007-2019-cu illərdə Şabran rayonuna başçılıq edib. 2019-cu ildənsə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısıdır.
Taleh Qaraşov
Ən uzunömürlü icra başçılarından biri də Lənkərana rəhbərlik edən Taleh Qaraşovdur. Qaraşov 27 ildir ki, icra başçısıdır. O, 1996-2002-ci illərdə Kürdəmirin, 2002-2006-cı illərdə Cəlilabadın, 2006-2011-ci illərdə Neftçalanın, 2011-2012-ci illərdə isə Astaranın icra başçısı olub. 2012-ci ildən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısıdır.
Eldar Əzizov
Uzun müddətdir icra başçısı vəzifəsində çalışanlardan biri də Bakının meri Eldar Əzizovdur. O, icra başçısı kimi karyerasına 2000-ci ildən başlayıb. Eldar Əzizov 2000-2003-cü illərdə Nizami, 2003-2011-ci illərdə Gəncə, 2011-2015-ci illərdə Sumqayıt, 2015-2018-ci illərdə Səbail rayonlarına rəhbərlik edib. Eldar Əzizov 2018-ci ildə Bakı meriyasına rəhbər təyin edilib.
Şahmar Usubov
Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov da 23 ildir icra başçısı vəzifəsini daşıyır. O, 2000-ci ildə Xocalı Rayon İcra Hakimiyyətinin başçısıdır.
Malik İsaqov
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov isə 22 ildir icra başçısıdır. O 2001-ci ildən Qubadlı rayonuna rəhbərlik edir.
Abdin Fərzəliyev
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevsə 20 ildir ki, bu vəzifəni daşıyır. O, 2003-2005-ci illərdə Nizami, 2005-2022-ci illərdə Nərimanov, 2022-ci ildən isə Abşerona rəhbərlik edir.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:00 / 17.06.2023
20 ildən artıqdır icra başçısı olan MƏMURLAR – SİYAHI
Hazırda oxunan: 20 ildən artıqdır icra başçısı olan MƏMURLAR – SİYAHI
Hazırda oxunan: 20 ildən artıqdır icra başçısı olan MƏMURLAR – SİYAHI
141747
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.