Hicabla bağlı qanuna dəyişiklik edilə bilər

Hicabla bağlı qanuna dəyişiklik edilə bilər

Hazırda oxunan: Hicabla bağlı qanuna dəyişiklik edilə bilər

14170

Ombudsman Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın bir çox bəndlərinin icra müddətinin başa çatdığını nəzərə alaraq, müasir dövrün tələblərinə uyğun yeni strateji sənəd qəbul olunmasını təklif edib.

Bizim.Media məlumat verir ki, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2020-ci il üzrə məruzəsində əksini tapıb.

Həmçinin “Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının qanununda şəxsiyyət vəsiqəsinin üzərində Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun fotoşəklin yerləşdirilməsinin nəzərdə tutulmasına baxmayaraq, həmin tələblərə aydınlıq gətirilmədiyi və bu halların şikayətlərə səbəb olduğu üçün fotoşəkillərin yol verilən nümunələrinin (baş örtüklərindən istifadə edilməsi və s.) əks etdirilməsi ilə bağlı müvafiq qanuna, habelə “Pasportlar haqqında” qanuna əlavə və dəyişiklərin edilməsi təklif olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO