Göyçayda Milli Qurtuluş Günü ilə əlaqədar konsert proqramı təşkil edilib - FOTO 

Göyçayda Milli Qurtuluş Günü ilə əlaqədar konsert proqramı təşkil edilib - FOTO 

Hazırda oxunan: Göyçayda Milli Qurtuluş Günü ilə əlaqədar konsert proqramı təşkil edilib - FOTO 

141648

Göyçayda 15 iyun – Milli Qurtuluş Günü münasibətilə konsert proqramı təşkil edilib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Milli Qurtuluş Günü münasibətilə Göyçay şəhərinin mərkəzində konsert proqramı təşkil edilib. 

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər. Çıxışlarda bu il Heydər Əliyevin anadan olmasının 100 illiyi, Milli Qurtuluşumuzun isə 30 ili tamam olması xatırladılıb. Qeyd edilib ki, son 30 ildə Ümummilli Lider tərəfindən qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilərək Azərbaycan daha da inkişaf edir.

Ulu Öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  

Konsert rayon Mədəniyyət Mərkəzinin musiqiçilərinin və rayon məktəblilərinin ifasında maraqlı proqramla davam edib.  

Bizim Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO