"Anatolian Phoenix - 2023" təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib - FOTO 

Hazırda oxunan: "Anatolian Phoenix - 2023" təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib - FOTO 

141639

Türkiyə Respublikasının Konya şəhərində "Anatolian Phoenix - 2023" ("Anadolu Ankası - 2023") beynəlxalq axtarış-xilasetmə təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.  

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, əvvəlcə iştirakçılara təlimin gedişatı, qarşıda duran tapşırıqların məqsədi və yerinə yetirilməsi barədə statistik məlumatlar, eləcə də beynəlxalq təlimə həsr olunmuş qısametrajlı videogörüntü təqdim olunub.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra təlim bazasında "Anatolian Phoenix - 2023" ("Anadolu Ankası - 2023") beynəlxalq axtarış-xilasetmə təliminə cəlb edilən iştirakçılar tərəfindən müxtəlif epizodların praktiki icrası qonaqlar tərəfindən izlənilib.
Qeyd olunub ki, ölkəmizi beynəlxalq təlimdə təmsil edən Azərbaycan Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Xüsusi Təyinatlı Qüvvələrinin şəxsi heyəti yüksək peşəkarlıq nümayiş etdirib. Sonra "Yüksək Səviyyəli Müşahidəçi Günü"nün planına uyğun olaraq Türkiyə Hərbi Hava Qüvvələrinin "Solo Türk" və "Türk Yıldızları" aviaqrupunun təqdimatında nümunəvi uçuşlar keçirilib. Sonda xatirə fotosu çəkdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO