Şabranda şəhidlər bulağının açılışı OLUB - FOTO

Şabranda şəhidlər bulağının açılışı OLUB - FOTO

Hazırda oxunan: Şabranda şəhidlər bulağının açılışı OLUB - FOTO

141609

Şabran rayonunda Nağı Soltanovun, Əlimövsüm Quliyevin və Şahin Vahabzadənin xatirəsinə inşa olunmuş ehsan bulaq kompleksinin açılşı olub.

Bizim.Media xəbər verir ki, bulaq kompleksi hər üç şəhidin böyüyüb boya-başa çatdıqları və təhsil aldıqları Şahnəzərli kənd tam orta məktəbinin qarşısında inşa olunub.

Bildirilib ki, bulaq kompleksi məktəb rəhbərliyinin təşkilatçılğı və kənd camaatının bir qisminin maddi dəstəyi ilə ərsəyə gəlib.

Açılış mərasimində rayon icra hakimiyyətinin rəsmi şəxsləri, şəhidlərin ailə üzvləri, məktəb rəhbərliyi, müəllim və şagird kollektivi, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər şəhidlərin döyüş yolundan, onların göstərdiyi qəhrəmanlıq, igidlik və şücaətdən söhbət açıblar.

Tədbirin sonunda şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər və kompazisiyalar səsləndirilib.

Qeyd edək ki, Soltanov Nağı Əli oğlu 1975-ci ildə anadan olub. 1994-cü ildə 24 fevralında Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Quliyev Əlimövsüm Məmmədəli oğlu 1964-cü ildə anadan olub. 1988-ci ilin dekabrında baş vermiş zəlzələdə zərərçəkmiş еrmənilərə yаrdım göstərmək məqsədilə Аzərbаycаndаn göndərilmiş İl-76 təyyаrəsinin vurulması nəticəsində şəhid olub.
Vahabzadə Şahin Mehdi oğlu 1969-cu ildə anadan olub. O, 1991-ci ilin oktyabrında könüllü cəbhəyə gedib, Daşaltı, Xocalı, Laçın uğrunda gedən döyüşlərdə iştirak edib, 1992-ci ilin 8 mayında qəhrəmancasına şəhid olub.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO