Naxçıvanda Dövlət Aqrar İnkişaf Mərkəzləri YARADILACAQ

Naxçıvanda Dövlət Aqrar İnkişaf Mərkəzləri YARADILACAQ

Hazırda oxunan: Naxçıvanda Dövlət Aqrar İnkişaf Mərkəzləri YARADILACAQ

141584

Naxçıvanda Kənd Təsərrüfatı Nazirliyinin “Aqrar İstehsalat, Tədarük və Təchizat müəssisəsi”, “Aqrar Xidmətlər Mərkəzi”,  “Regional Dövlət Aqrar İnkişaf Mərkəzləri” yaradılacaq, muxtar respublikanın Dövlət Baytarlıq Xidməti nazirliyin strukturuna daxil ediləcək.

Bizim.Media "nuhcixan.az" a istinadən xəbər verir ki, bunu Naxçıvan televiziyasının (Ntv) “Üzbəüz” proqramında Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifəsini icra edən Xəyalə Dadaşova bildirib.

Nazir müavini qeyd edib ki, nazirliyin struktur dəyişikliyi çərçivəsində muxtar respublikanın 3 şəhərində - Naxçıvan, Şərur və Culfada “Regional Dövlət Aqrar İnkişaf Mərkəzi” yaradılmaqla nazirliklə fermerlərin, ailə təsərrüfatçılarının, aqrar sektorda fəaliyyət göstərən sahibkarların əlaqəli işinin təşkili həyata keçiriləcək.
Yenicə yaradılan “Orqanik Naxçıvan” Publik hüquqi şəxsi isə Naxçıvanın orqanik məhsullarının əhalidən qəbulu, qablaşdırılması, ölkə daxilində və xaricdə satışının təşkili istiqamətində işləyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO