Şəkidə Milli Qurtuluş günü belə qeyd OLUNDU - FOTO

Şəkidə Milli Qurtuluş günü belə qeyd OLUNDU - FOTO

Hazırda oxunan: Şəkidə Milli Qurtuluş günü belə qeyd OLUNDU - FOTO

141559

Şəkidə Milli Qurtuluş günü qeyd olunub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhər rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, ziyalıların iştirak etdiyi tədbirdə Dövlət Himni səsləndirilib.

Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mövzu ətrafında çıxışlarda Ulu Öndərin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən ətraflı bəhs edilib, onun əziz xatirəsinin xalqımız tərəfindən həmişə uca tutulduğu bildirilib. 

O da diqqətə çatdırılıb ki, Ulu Öndər Azərbaycana qayıtmaqla dövlətçiliyi xilas edib, onun həyata keçirdiyi tədbirlər nəticəsində ölkəmiz sürətli inkişaf yoluna qədəm qoyub.  

Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi qüdrəti daha da artıb, müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutub. Qeyd edib ki, Vətən Müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir.
Həmçinin tədbirdə 15 iyun – Milli Qurtuluş Günü ərəfəsində Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.

Bayram tədbirinin bədii hissəsində Şəki Dövlət Regional Kollecinin müəllim və tələbələri tərəfindən hazırlanmış konsert proqramı təqdim olunub.





Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO