Gədəbəydə qar yollarda çətinlik yaratdı - Yolun bir hissəsi hərəkətə bağlandı - FOTO

Gədəbəydə qar yollarda çətinlik yaratdı - Yolun bir hissəsi hərəkətə bağlandı - FOTO

Hazırda oxunan: Gədəbəydə qar yollarda çətinlik yaratdı - Yolun bir hissəsi hərəkətə bağlandı - FOTO

14143

Yağan qar dağlıq rayonlarda nəqliyyatın hərəkətində problemlər yaradıb.

Bizim.Media DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

 

MÖVZU İLƏ BAĞLI:

Gəncədə hava kəskin dəyişdi, sürücülərə xəbərdarlıq edildi


Bildirilib ki, Gədəbəy rayonu istiqamətində hərəkətdə olan, qoşqulu yük avtomobili yolların buz bağlaması nəticəsində hərəkət qabiliyyətini itirərək yolda qalıb.

Dərhal ərazidə xidmət aparan Gədəbəy RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları hadisə yerinə gələrək müəyyən tədbirlər həyata keçirib.

Belə ki YPX əməkdaşlarının gördüyü təhlükəsizlik tədbirləri nəticəsində yolun müəyyən hissəsi bir müddətlik hərəkətə bağlanıb, asfalt örtüyünün qardan təmizlənməsi üçün işlər görülüb.

Nəticədə yük avtomobili hərəkətini bərpa edərək yoluna davam edə bilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO