"Azərbaycanda hüquqi baxımdan qadın və kişilər üçün eyni və bərabər vəziyyət yaradılıb. Sadəcə bundan istifadə imkanları nə dərəcədədir, problemlər nələrdir? Bunu müzakirə etmək lazımdır".
Bizim.Media xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova BMT DİM dialoqları çərçivəsində “2030-cu ilə doğru:
Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, kişi və qadınlara əməkhaqqının ödənilməsində fərqlər olduğu deyilir.
"Əslində isə eyni vəzifədə çalışan kişi və qadınlar eyni əməkhaqqı alırlar. Lakin qadınların rəhbər vəzifələrə irəli çəkilməsində problem var. Hansı sahəni təhlil etsək, görərik ki, rəhbər vəzifələrdə çalışan qadınların sayı kişilərdən azdır. Səbəblərə nəzər salsaq görərik ki, birincisi streotiplərdir. Bir vakant yer olursa, belə bir fikir formalaşır ki, burada kişi işləsə daha yaxşı olar. İkincisi qadınların marağı azdır. Müəssisələrdə qadın işçilərin sayı az olduğundan kişilərin əməkhaqqı göstəricisi qadınlardan daha çox olur".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:56 / 14.06.2023
“Qadınların rəhbər vəzifələrə irəli çəkilməsində problem var” - Dövlət Komitəsi
Hazırda oxunan: “Qadınların rəhbər vəzifələrə irəli çəkilməsində problem var” - Dövlət Komitəsi
Hazırda oxunan: “Qadınların rəhbər vəzifələrə irəli çəkilməsində problem var” - Dövlət Komitəsi
141417
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.