Sumqayıtda zavod YANIR: Nazir müavini hadisə yerindədir – YENİLƏNİB/VİDEO  

Sumqayıtda zavod YANIR: Nazir müavini hadisə yerindədir – YENİLƏNİB/VİDEO  

Hazırda oxunan: Sumqayıtda zavod YANIR: Nazir müavini hadisə yerindədir – YENİLƏNİB/VİDEO  

141221

Etilen-Polietilen Zavodunda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir. 

FHN-dən Bizim.Media-ya verilən məlumata görə, hazırda fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov və Nazirliyin baş hərbi eksperti polkovnik Fərhad Səmədov hadisə yerindədir. 

Əlavə məlumat veriləcək. 

*** 12:13

Sumqayıtda zavod yanır. 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. 

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. 

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. 

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO