Kiberdələduzlar tərəfindən vətəndaşlara “Azərpoçt” MMC-nin adından bağlamanın qəbul edilməsi üçün ünvan qeyd etmədikləri barədə saxta mesajlar göndərilir. Vətəndaşdan mesajın tərkibində qeyd olunan saxta keçid vasitəsilə ünvanı yeniləmələri və bağlamanın düzgün ünvana çatdırılması üçün ödəniş etmələri tələb olunur.
Bizim.Media xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə mesajlara etimad etməməyi, bu kimi mesajlar qəbul etdikləri halda, ilk növbədə, həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.
Nəzərinizə çatdırırıq ki, Azərpoçt MMC-nin rəsmi internet informasiya ehtiyatı www.azerpost.az veb ünvanıdır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:06 / 12.06.2023
“Azərpoçt”un adından saxta mesajlar göndərilir - XƏBƏRDARLIQ
Hazırda oxunan: “Azərpoçt”un adından saxta mesajlar göndərilir - XƏBƏRDARLIQ
Hazırda oxunan: “Azərpoçt”un adından saxta mesajlar göndərilir - XƏBƏRDARLIQ
141082
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.