Oğuzun “Qarabağnamə” komandası ADA universitetinin layihəsində mükafat aldı - FOTO

Oğuzun “Qarabağnamə” komandası ADA universitetinin layihəsində mükafat aldı - FOTO

Hazırda oxunan: Oğuzun “Qarabağnamə” komandası ADA universitetinin layihəsində mükafat aldı - FOTO

140849

ADA universitetinin təşkilatçılığı ilə həyata keçirilən 6-9-cu siniflər arasında "Azərbaycanın gənc qurucuları"  adlı layihədə əsaslı öyrənmə olimpiadası başa çatıb.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Oğuz rayon təhsil sektorundan məlumat verilib. 

Bildirilib ki, olimpiadaya 37 şəhər və rayondan 735 şagird, ümumiyyətlə 105 komanda qatılıb. İlk mərhələdə 105, ll mərhələdə 53, yarımfinal mərhələsində 18 iş münsiflər tərəfindən qiymətləndirilib.  

Finala 5 komanda vəsiqə qazanıb. Sevindirici haldır ki, respublika üzrə məktəblər arasında finala vəsiqə qazananlar arasında Oğuz rayonunu təmsil edən komanda da var. Bu Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimli adına Oğuz şəhər 3 saylı məktəb-liseyin "Qarabağnamə" komandasıdır. 
Final mərhələsində 4-cü yerə layiq görülən komandanın üzvləri ADA universiteti və Təhsil nazirliyi tərəfindən mükafatlara layiq görülüb. 




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO