Plastik qabların vurduğu ZƏRƏR – “Qadağan olunsa da...”

Plastik qabların vurduğu ZƏRƏR – “Qadağan olunsa da...”

Hazırda oxunan: Plastik qabların vurduğu ZƏRƏR – “Qadağan olunsa da...”

140595

Plastik qablardan gündəlik həyatda demək olar əksəriyyətimiz istifadə edirik. Ən çox da su və bir çox digər içkilər plastik qablarda istehlak olunur.

Bunun nəticəsidir ki, market vitrinlərdə düzülən, köşklərdə günün altında qalmış və içərək ayaq altına atilan su şüşələrini hamımız görürük. 

Bəs, plastik qabların səhhətimizə və ekologiyamıza vurduğu zərərlər hansılardır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, plastik qablar həm sağlamlığa, həm də ekologiyaya ciddi zərər vurur:

“Plastik materiallar mürəkkəb kimyəvi maddələrdən hazırlanır. Biz qlobal bazar şəraitində yaşadığımız üçün insan sağlamlığı, eləcə də ətraf mühitin sağlamlığı arxa planda qalıb. Yalnız və yalnız malı satmaq, istehlakçını aldatmaq ön plana çıxır.Bütün bunların fonunda plastik məmulatlar bütün dünyanı çirkləndirməklə bərabər hər bir insanın sağlamlığına mənfi zərərini vurur”.

Onun sözlərinə görə, kimyəvi maddələrin mübadiləsinə məruz qalan plastiklər insanlarda mənşəyi məlum olmayan va elm tərəfindən hələ öyrənilməmiş xəstəliklər meydana gətirir:

“Hələ 2009 -cu ildə Azad istehlakçılar Birliyi bunu duyaraq, Nizami küçəsində küçə nümayişi keçirtdi. Plastik taralarla ətraf mühitin çirklənməsinin dinamikasını öyrəndik və dövlət orqanlarına təkliflər verdik və bildirdik ki, istehsalçı şirkətlər intensiv olaraq plastik taralari yığsın və onları yeni başqa materiala çevirsinlər, nəticədə onlar ətraf mühitə atılmasın. 

Lakin istehlakçıları aldatmaq onlara aldadıldığını başa salmaqdan çox-çox asandır. İstehlakçı bilmir ki plastik taralarda satılan sular onların sağlamlığına nə qədər zərərlidir. Xüsusən də, bu cür qablarda saxlanılan su və ya ərzaq gün altında qalarsa, tərkibində bir çox kimyəvi reaksiyalar gedir. 
Plastik qablarda əzilmə olarsa, onların tərkibindəki kimyəvi maddələr suyun tərkibinə miqrasiya edir. Bunu insan özü də hiss edə bilmir. Ümumilikdə, insanın orta ömür müddətinə təsir göstərir. Beləcə insanı yönəldir dərman biznesinə”. 

Ekspertin fikrincə, istehlakçı hüquqlarının pozulub, biznesin ön plana keçməsinə səbəb aidiyyəti qurumların prosesə müdaxilə etməməyidir:

“Hökumət hər hansı işləri görmək fikrindədir, lakin çox asta-asta görür. Məsələn, neçə ildir ölkədə plastik qab-qacağın satışı qadağan olunub. Lakin hələ də həmin məhsulların satışı davam edir. Gərək hökumətin qaldırdığı məsələlər biznes qurumları tərəfindən dəstəklənsin. Təəssüf ki, biznes qurumlar bəzən hətta hökumətin apardığı siyasəti boykot edir. Buna da cavabdeh aidiyyəti qurumlardır. Çünki mövcud vəziyyətdə istehlakçı hüquqlari arxada, biznesin inkişafı ön plandadır”.

Röyanə Oğuz, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO