"Azərbaycanda övladsız ailələrin sayı çoxalır" - Komitə sədri

Hazırda oxunan: "Azərbaycanda övladsız ailələrin sayı çoxalır" - Komitə sədri

140558

“Ölkədə övlad sahibi olmayan ailələrin sayı çoxalır və bu, ciddi problemdir”. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva məsələ qaldırıb. 

O bildirib ki, Azərbaycanda övladsız ailələrin sayı çoxalır: 

“Bu problem ailələr tərəfindən bizə bildirilib. Bununla əlaqədar neçə ailə dağılır. Ona görə də biz ən azı payız sessiyasında “Reproduktiv sağlamlıq haqqında qanun” layihəsini qəbul etməliyik. Tibbi sığorta ilə övladı olmayanlara dəstək olunmalıdır.
Türkiyədə belə bir təcrübə var. Amma bizdə dəstək göstərilmir. Bizim ölkədə edilən əməliyyatlar çox vəsait tələb edir. Ona görə də ailələr ciddi problemlərlə qarşılaşırlar. Bu məsələnin payız sessiyasında həll olunması arzuolunandır”, - komitə sədri çıxışında deyib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO