Lənkəran rayonunda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, iyunun 6-da saat 23 radələrində Lənkəran rayonunun Vilvan kəndi ərazisində müəyyən edilməmiş avtomobillə həmin kəndin sakini, piyada Hüseyn Əliyev vurulub və nəticədə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış “Khazar” markalı avtomobilin sürücüsü, Lənkəran şəhər sakini Murad Abdullazadə müəyyən edilərək istintaqa təhvil verilib.
- A-
- A
- A+
Cəmiyyət
11:25 / 08.06.2023
Piyadanı vurub qaçan sürücü SAXLANILDI - VİDEO
Hazırda oxunan: Piyadanı vurub qaçan sürücü SAXLANILDI - VİDEO
Hazırda oxunan: Piyadanı vurub qaçan sürücü SAXLANILDI - VİDEO
140376
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.