Şəkidə LEYSAN: Yollar yararsız vəziyyətə DÜŞDÜ – FOTO/VİDEO

Şəkidə LEYSAN: Yollar yararsız vəziyyətə DÜŞDÜ – FOTO/VİDEO

Hazırda oxunan: Şəkidə LEYSAN: Yollar yararsız vəziyyətə DÜŞDÜ – FOTO/VİDEO

140366

Ötən gün dağlara yağan güclü leysan o qədər çox olub ki, daşaraq kənd yollarını istifadəsiz vəziyyətə gətirib.

Bu barədə Bizim.Media-nın yerli bürosuna kənd sakinləri məlumat verib. Qeyd olunub ki, dağların ətəyində yerləşən Zunud kəndinə ötən gün səhər saatlarından başlayaraq iki saat müddətinə güclü yağış yağıb.

Hər tərəfi dağlarla əhatə olunan kəndə güclü sel gəlib. Kəndin daxilindən axan çay daşaraq sakinlərin əsas istifadə etdiyi yolu yararsız vəziyyətə salıb. Sakinlərin sözlərinə görə kənd daxili 4.2 km-lik yoldan hazırda istifadə etmək qeyri-mümkün hala gəlib.
Bizim.Media-nın yerli bürosu məsələ ilə əlaqədar kənd bələdiyyəsi ilə əlaqə saxlayıb.

Bildirilib ki, kəndin əsas yolunu sel-suların dağıtması barədə rayon Fövqəladə Hallar Komissiyasına məlumat verilib. Lakin hələlik nə texnika verilib, nə də gəlib maraqlanan olub.

Məsələ ilə bağlı rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, hadisədən xəbərdardırlar və yaxın günlərdə sel-suların yaratdığı fəsadlar aradan qaldırılacaq.
 







Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO