Keçmiş məhkumdan tapança götürüldü - FOTO

Keçmiş məhkumdan tapança götürüldü - FOTO

Hazırda oxunan: Keçmiş məhkumdan tapança götürüldü - FOTO

140352

Samux rayon Polis Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında  əməliyyat keçiriblər. Belə ki, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Orxan Abdullayev saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə,  onun üzərinə baxış keçirilən zaman 1 ədəd, atəşə yararlı, “Wolter P-38” markalı tapança, həmin silaha aid 2 ədəd patron aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO