Fövqəladə Hallar Nazirliyinin rəsmi “Instagram” sosial şəbəkə hesabına vətəndaş tərəfindən daxil olmuş müraciətdə Bakı şəhərinin Xətai rayonu, Sabit Orucov küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının dam örtüyündə küləyin təsirindən dəmir parçalarının qopması və ətrafdakı insanlar üçün təhlükə yaratması qeyd olunub.
Bizim.Media xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Məlumata görə, vətəndaşın müraciəti əsasında Nazirliyin Bakı Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.
Xilasedicilər binanın dam örtüyündə qopmuş dəmir parçalarını xüsusi vasitələrlə götürüb kənarlaşdıraraq təhlükəni aradan qaldırıblar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:08 / 07.06.2023
Bakıda küləyin yaratdığı təhlükə belə aradan QALDIRILDI - VİDEO
Hazırda oxunan: Bakıda küləyin yaratdığı təhlükə belə aradan QALDIRILDI - VİDEO
Hazırda oxunan: Bakıda küləyin yaratdığı təhlükə belə aradan QALDIRILDI - VİDEO
140264
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.