Qubada ağır QƏZA: Ölən və yaralanan VAR - YENİLƏNİB 

Qubada ağır QƏZA: Ölən və yaralanan VAR - YENİLƏNİB 

Hazırda oxunan: Qubada ağır QƏZA: Ölən və yaralanan VAR - YENİLƏNİB 

140178

Bu gün Quba rayonunda baş verən qəzada ölən şəxsin Quba Mərkəzi Rayon Xəstəxanasının əməkdaşı olduğu müəyyən edilib. 

Bizim.Media-nın şimal bürosunun verdiyi məlumata görə, “VAZ 2106” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində dünyasını dəyişən Elnur Kəlbiyev MRX-nin mühafizə xidmətində çalışıb. 

Qəza nəticəsində xəsarət alan digər mühafizəçi Sahil İsayevin vəziyyəti isə orta ağır qiymətləndirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

10.39

Quba şəhərində ölümlə nəticələnən yol qəzası qeydə alınıb.

Bizim.Media-nın şimal bürosu xəbər verir ki, Əliqulu Nərimanov küçəsində “VAZ 2106” markalı avtomaşınla “Opel” markalı nəqliyyat vasitəsi toqquşub. 

Bildirilib ki, "Vaz-2106"-nı idarə edən sürücü rayon mərkəzi xəstəxanasının mühafizəçisi olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO