Astara sakininə eşşək hücum edib. Hadisə rayonunun Pəlikeş kəndində baş verib. 41 yaşlı Vəliyulla Əliabbasov yol ilə gedərkən, qonşunun ulağı ona hücum edib.
Bizim.Media xəbər verir ki, ulaq Vəliyulla Əliabbasovu yerə yıxıb, qoluna xəsarət yetirib, sonra sol qulağını dişləyib.
Qeyd edək ki, xəstəyə tetanus əleyhinə zərdab və quduzluğa qarşı peyvənd vurulub.
Bizim.Media