Salyanda məktəbli qız QAÇIRILDI – 9-cu sinif şagirdi ilə bağlı rəsmi AÇIQLAMA 

Salyanda məktəbli qız QAÇIRILDI – 9-cu sinif şagirdi ilə bağlı rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Salyanda məktəbli qız QAÇIRILDI – 9-cu sinif şagirdi ilə bağlı rəsmi AÇIQLAMA 

140071

Azərbaycanda daha bir məktəbli qız qaçırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Pərvin Abışova sosial şəbəkədə məlumat verib. Qaçırılan qız Salyan rayon 2 saylı Qarabağlı kənd tam orta məktəbinin 9-cu sinif şagirdidir. Azyaşlı qonşu Xalac kənd sakinidir. Qızın hazırda harada olduğu barədə məlumat yoxdur.

Məsələ ilə bağlı Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev Bizim.Media-ya açıqlamasında bu gün Salyan rayonunun Qarabağlı kənd sakini S.Cavadov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək qızının həmkəndlisi tərəfindən ailə həyatı qurmaq məqsədilə qaçırıldığını bildirib. Daxil olan məlumatla əlaqədar araşdırma aparılır.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO