Müsabiqə şərtlərini ödəyən və ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68 (Musiqi sənəti istiqaməti), 69 (Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti) və 70 (Təsviri sənət istiqaməti) saylı proqramlarına aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatı 6 iyun saat 23:59-dək aparılacaq.
Bu barədə Bizim.Media-ya DİM-dən bildirilib.
Qeyd edilib ki, qabiliyyət imtahanları 70 saylı proqram üzrə 21 iyun, 68 saylı proqram üzrə 23 iyun, 69 saylı proqram üzrə isə 24 iyun tarixlərində keçiriləcək.
Diqqət! 70 saylı qəbul proqramına aid ixtisaslaşmaları seçən bakalavrlar 16-21 iyun tarixlərində DİM-in internet saytına daxil olaraq “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
68 və 69 saylı qəbul proqramına aid ixtisaslaşmaları seçən bakalavrlar isə “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni 19-23 iyun tarixlərində çap edə bilərlər.
Qeyd edək ki, magistratura ixtisaslaşmalarına qəbul üzrə keçirilən qabiliyyət imtahanlarının nəticəsi məqbul və qeyri məqbulla qiymətləndirilir.
Qabiliyyət imtahanlarından məqbul qiymət alan namizədlər müsabiqədə ixtisas seçimi üzrə aparılan test imtahanının nəticəsi ilə iştirak edirlər.
Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanları haqqında ətraflı məlumatı “Abituriyent” jurnalının “Musiqi sənəti”, “Teatr, kino və xoreoqrafiya sənəti” və “Təsviri sənət və Memarlıq” istiqamətləri üzrə xüsusi buraxılışlarından əldə etmək mümkündür.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:53 / 06.06.2023
Magistraturanın qabiliyyət imtahanlarının qeydiyyat tarixi AÇIQLANDI
Hazırda oxunan: Magistraturanın qabiliyyət imtahanlarının qeydiyyat tarixi AÇIQLANDI
Hazırda oxunan: Magistraturanın qabiliyyət imtahanlarının qeydiyyat tarixi AÇIQLANDI
139941
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.