Yolda sürət həddini aşmaya görə cərimələr artırılır.
Bizim.Media xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.
Belə ki, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. Digər bir dəyişikliklə isə yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə tətbiq olunacaq.
Qeyd edək ki, məcəllənin hazırkı variantına əsasən hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 150 manat, 61 km/saat və daha artıq aşmağa görə 250 manat məbləğində cərimə edilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:10 / 05.06.2023
SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Yolda sürət həddini aşmağa görə cərimələr artırılır
Hazırda oxunan: SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Yolda sürət həddini aşmağa görə cərimələr artırılır
Hazırda oxunan: SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Yolda sürət həddini aşmağa görə cərimələr artırılır
139880
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.