Bakıya məcburi eniş edən təyyarənin əcnəbi sərnişini xəstəxanada öldü

Bakıya məcburi eniş edən təyyarənin əcnəbi sərnişini xəstəxanada öldü

Hazırda oxunan: Bakıya məcburi eniş edən təyyarənin əcnəbi sərnişini xəstəxanada öldü

139725

Çinin Honkonq şəhərində anadan olmuş, həm Çin, həm də Böyük Britaniya Krallığının - ikili vətəndaşlığı olan Tsang Yau Keungun Bakının Mərkəzi Klinik Xəstəxanasında ölüb.

Bizim.Media xəbər verir ki, aparılan ilkin araşdırma zamanı müəyyən edilib ki, mayın 29-da Tsang Yau Keung Honkonq şəhərindən Böyük Britaniya Krallığına getmək üçün təyyarə ilə uçuş vaxtı qəflətən vəziyyəti pisləşib.

Daha sonra təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına məcburi eniş edib və daha sonra Tsang Yau Keung təcili tibbi yardımın müşayəti ilə Mərkəzi Klinik xəstəxanasına yerləşdirilib.

Xəstəxanada müayinə zamanı Tsang Yau Keungun ürəyindən uzun müddətdir müalicə alması, ürəyinə stend qoyulduğu müəyyən edilib və ona mərkəzin reanimasiya şöbəsində tibbi yardım səylərinə baxmayaraq o, Mərkəzin reanimasiya şöbəsində dünyasını dəyişib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO