25 yaşlı gənc oğlan qəbristanlıqda özünə QƏSD ETDİ

25 yaşlı gənc oğlan qəbristanlıqda özünə QƏSD ETDİ

Hazırda oxunan: 25 yaşlı gənc oğlan qəbristanlıqda özünə QƏSD ETDİ

139626

İsmayıllıda qəbristanlıqdan 25 yaşlı oğlanın meyiti tapılıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, rayonun Qalacıq kənd sakinləri bu gün saat 12:40 radələrində qəbristanlığın ərazisindəki yardımçı tikilidən naməlum kişi meyidi tapıblar. 

Kənd sakinləri dərhal rayonun hüquq-mühafizə orqanlarının əməkdaşlarına məlumat veriblər. Araşdırmalar zamanı həmin şəxsin Mican kənd sakini, 1998-ci il təvəllüdlü Cəfərov Rəvan olduğu məlum olub.

Hazırda polis və prokurorluq işçiləri hadisə yerindədir. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. 

Rəvan Cəfərovun meyidi müayinə olunması üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO