Şəmkirdə yaşayış evlərini su basdı - FOTO/VİDEO

Şəmkirdə yaşayış evlərini su basdı - FOTO/VİDEO

Hazırda oxunan: Şəmkirdə yaşayış evlərini su basdı - FOTO/VİDEO

139610

Ötən gecədən başlayaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Şəmkir rayonunun bəzi ərazilərinin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.

FHN-dən Bizim.Media-ya bildirilib ki, bununla əlaqədar dərhal nazirliyin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub.

Hazırda Şəmkir şəhəri və rayonun Zəyəm qəsəbəsində su basmış yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər zəruri təhlükəsizlik tədbirləri davam etdirilir.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO