Balakəndə inkubasiya sexində YANĞIN

Balakəndə inkubasiya sexində YANĞIN

Hazırda oxunan: Balakəndə inkubasiya sexində YANĞIN

139453

Balakəndə rayonunun Yeni Şərif kəndində yerləşən inkubasiya sexində yanğın baş verib.

Bizim.Media-nın yerli bürosu Fövqaladə Hallar Nazirliyinin Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinə istinadən bildirir ki, yanğın Yeni Şərif kənd sakini Murad Qambarçuyevə məxsus, ümumi sahəsi 112 kv.m olan inkubasiya sexində qeydə alınıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Kənd sakinləri də yanğının söndürülməsində iştirak edib.

Yanğında sexin tavan hissəsinin 40 kv.m-lik sahəsinin yanar konstruksiyaları və sexin içərisində olan 6 ədəd cücə çıxarma aparatından 3-ü içərisində olan yumurtalarla birlikdə yanıb. 

Yanğınsındürənlərin səyi nəticəsində sexin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Həmçinin digər 3 inkubasiya avadanlığı hadisə yerindən götürülə bilib.

Yanğının elektrik naqillərində qısaqapanmadan baş verdiyi ehtimal edilir.

Faktla bağlı Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsində araşdırma aparılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO