Ucarda DƏHŞƏTLİ QƏZA: Dörd yaralı var 

Ucarda DƏHŞƏTLİ QƏZA: Dörd yaralı var 

Hazırda oxunan: Ucarda DƏHŞƏTLİ QƏZA: Dörd yaralı var 

139423

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun H. Əliyev prospektində qeydə alınıb.  

"VAZ-21010" və "Saipa" markalı maşınların toqquşması nəticəsində 4 nəfər Ucar rayon sakini - 2006-cı il təvəllüdlü Lətifov Ülvi Şüküroviç, 2005-ci il təvəllüdlü Elton Aydın oğlu Abbasov, 2006-cı il təvəllüdlü Aydın Güləhməd oğlu Məmmədov və 2006-cı il təvəllüdlü Mirmövsüm Mircəlal oğlu Mövsümov müxtəlif xəsarətlər alaraq Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. 
Mirmövsüm Mövsümovun vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.Fakt araşdırılır. 

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO