Göyçayda 38 yaşlı kişi BIÇAQLANIB

Göyçayda 38 yaşlı kişi BIÇAQLANIB

Hazırda oxunan: Göyçayda 38 yaşlı kişi BIÇAQLANIB

139420

Göyçayda bıçaqlanma hadisəsi baş verib. 

Bizim.Media-nın Aran bürosunun məlumatına görə, Göyçay şəhər sakini Rahim Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu, 1985-ci il təvəllüdlü Pünhan Nəsrullayevin kürək nahiyəsinə bıçaqla xəsarət yetirib.  

Əməli törədən Rahim Məmmədov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Hadisə zamanı onların hər ikisinin sərxoş olduğu bildirilir. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-nın yerli bürosuna bildirilib ki, Pünhan Nəsrullayevin xəsarətinin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub, Rahim Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq izahatı alınıb.  

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO