Martın 9-dək küçəyə çıxmayın!

Martın 9-dək küçəyə çıxmayın!

Hazırda oxunan: Martın 9-dək küçəyə çıxmayın!

13934

Xəbər verildiyi kimi bu gün Azərbaycan ərazisində saat 00:00-dan 9 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında müvafiq dəyişiklik edib. Belə ki, şənbə və bazarla yanaşı, 8 mart bayram günü də ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırılacaq.

Bundan öncə “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara əsasən, Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 8 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılmalı idi. Daha sonra müvafiq qərarda dəyişiklik edildi.

Qeyd edək ki, Azərbaycanda hazırda 3335 aktiv xəstə sayı var. Bu güngü dövrədək ölkəmizdə 236 min 12 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 229 min 442 nəfər müalicə olunub. 3235 nəfər vəfat edib. Ötən müddət ərzində 2 milyon 635 min 770 test aparılıb.

Azərbaycanda son bir gündə koronavirus infeksiyasına 365 nəfər yoluxub, 175 nəfər sağalaraq evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Bugünkü test sayı isə 7779-dur.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO