Kürdəmirdə 45 yaşlı kişi BIÇAQLANDI 

Kürdəmirdə 45 yaşlı kişi BIÇAQLANDI 

Hazırda oxunan: Kürdəmirdə 45 yaşlı kişi BIÇAQLANDI 

139233

Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Qismət Qayıbov küçəsində qeydə alınıb. 

Belə ki, aralarında yaranan mübahisə zəminində rayon sakini 45 yaşlı Səlimov İlqar Ənvər oğlu tanışı 1978-ci il təvəllüdlü Cəbrayılov Ramil Sayad oğluna bıçaq xəsarəti yetirib.

Yaralı dərhal ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və cərrahiyə əməliyyatı olunub. 

Hadisəni törədən İlqar Səlimov rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır. 

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO