Sabiq Baş Prokurorlar indi haradadır? – ARAŞDIRMA 

Sabiq Baş Prokurorlar indi haradadır? – ARAŞDIRMA 

Hazırda oxunan: Sabiq Baş Prokurorlar indi haradadır? – ARAŞDIRMA 

139145

Hazırda Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevdir. O, 2020-ci ilin mayın 1-dən bu vəzifədədir. 

Ona qədər isə müstəqil Azərbaycanda Baş Prokuror vəzifəsində 5 nəfər çalışıb. 

Bizim.Media sabiq Baş Prokurorların indi harada olduqlarını araşdırıb: 
 

MÖVZU İLƏ BAĞLI:

Sabiq rəqəmsal inkişaf və nəqliyyat nazirləri indi HARADADIR? – ARAŞDIRMA 


İsmət Qayıbov  

Müstəqil Azərbaycanın ilk Baş Prokuroru İsmət Qayıbov olub. O, 1991-ci ilin fevralın 5-dən noyabrın 20-dək bu vəzifədə çalışıb. 20 noyabr 1991-ci ildə Xocavənd rayonu ərazisində bir sıra digər dövlət xadimi ilə birgə içərisində olduğu Mi-8 vertolyotunun erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində şəhid olub. 

İxtiyar Şirinov

İsmət Qayıbovdan sonra Baş Prokuror vəzifəsində İxtiyar Şirinov işləyib. O, 14 oktyabr 1992-ci ildən 30 iyun 1993-cü ilə qədər həmin vəzifəni icra edib. 1998-ci ildən 2022-ci ilə qədər Milli Konqres Partiyasının sədri olub. 2022-ci ilin noyabrın 14-də 70 yaşında vəfat edib. 

Əli Ömərov

1993-cü ilin iyulun 3-dən, 1994-cü ilin oktyabrın 8-dək isə sözügedən vəzifəni Əli Ömərov icra edib. O, 2010-cu ildə Azərbaycan Deportasiya Qurbanları Cəmiyyətini təsis edib. 2015–2017-ci illərdə isə həmin qurumun sədri olub. Əli Ömərov Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür. O, Azərbaycanda yeganə Həqiqi Dövlət Ədliyyə Müşaviri (Ədliyyə Ordu Generalı) ali xüsusi rütbəyə malik şəxsdir.

Eldar Həsənov

Eldar Həsənov 1995-ci ilin martın 22-dən 2000-ci ilin aprelin 21-nə kimi Baş Prokuror işləyib. 2001-2020-ci illər arasında Azərbaycanın Rumıniya ardınca isə Bosniya və Hersoqovinada səfiri vəzifəsində çalışıb. 

2020-ci ilin avqustun 13-də Eldar Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək 2022-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. 

Zakir Qaralov

Eldar Həsənovu əvəz edən Zakir Qaralov 20 il müddətində ölkənin Baş Prokuroru olub. O, 25 aprel 2000-ci ildən 1 may 2020-ci ilə qədər bu vəzifədə çalışıb. I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.
Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür. Zakir Qaralovun təqaüdçü hüquqşünas kimi hazırda Bakıda olduğu və özünə məxsus biznes strukturlarının idarəetməsilə məşğul olduğu bildirilir. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO