Şəmkirdə həmkəndlilər arasında silahlı İNSİDENT

Şəmkirdə həmkəndlilər arasında silahlı İNSİDENT

Hazırda oxunan: Şəmkirdə həmkəndlilər arasında silahlı İNSİDENT

139079

Mayın 31-də saat 19 radələrində Şəmkir rayonunun Seyfəli kəndində odlu silahdan atəş açılması barədə polisə məlumat daxil olub. 

DİN-dən Bizim.Media-ya verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla kənd sakini Vüsal Mustafayevin həmkəndlisi ilə mübahisə edib xuliqanlıq zəminində ov tüfəngindən havaya 1 dəfə atəş açması müəyyən edilib. 

Polis əməkdaşları V.Mustafayevdən “İJ-16” markalı ov tüfəngi götürüblər. Araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO