Bakıda usta faciəvi şəkildə öldü

Bakıda usta faciəvi şəkildə öldü

Hazırda oxunan: Bakıda usta faciəvi şəkildə öldü

139046

Bakıda usta faciəvi şəkildə ölüb.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, hadisə mayın 31-də Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən binanın ikinci mərtəbəsində qeydə alınıb.

Belə ki, fərdi qaydada kondisioner ustası işləyən Rəhman Səfərov Manafov Rahim Oqtay oğlunun çağırışı ilə kondisioner quraşdırmaq üçün "Yasamal yağdayişmə mərkəzi"nə gedib.

Saat 16:30 radələrində həmin binanın ikinci mərtəbəsində yerləşən otağın pəncərəsindən keçməklə çöl divar hissəsində kondisionerin motorunu quraşdırarkən ehtiyatsızlıqdan yıxılaraq müxtəlif bədən xəsarətləri alıb.
Daha sonra o, aparıldığı 1 saylı Klinik Tibbi Mərkəzdə göstərilən tibbi müdaxilələrə baxmayaraq ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO