Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkət bərpa edilib

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkət bərpa edilib

Hazırda oxunan: Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkət bərpa edilib

139025

Bu gün Göyçaya yağan güclü yağışdan sonra baş verən fəsadlar aradan qaldırılır. 

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, bu saatlarda Göyçay şəhərinin içməli su və qazın verilişi, naqillər bərpa edilib, aşan elektrik dirəklərinin bəziləri qaldırılıb.  

Bununla da şəhərin bəzi hissələrinə elektrik enerjisinin verilişi təmin olunub. Amma hazırda bir çox kəndlər hələ də işıqsızdır. 

Şəhərin müxtəlif küçələrinə aşan iri gövdəli ağaclar kəsilərək ərazidən götürülüb. Qasırğa nəticəsində aşaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolunu kəsən çinar ağacı da yoldan kənarlaşdırılıb. Bununla da avtomobillərin hərəkəti hər iki istiqamətdə bərpa edilib. 
Hazırda rayon fövqəladə hallar komissiyası tərəfindən rayona dəyən zərər araşdırılır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO