Tovuzda İNSİDENT: Sərxoş kürəkən qayını və onun qardaşını BIÇAQLADI

Tovuzda İNSİDENT: Sərxoş kürəkən qayını və onun qardaşını BIÇAQLADI

Hazırda oxunan: Tovuzda İNSİDENT: Sərxoş kürəkən qayını və onun qardaşını BIÇAQLADI

139007

Tovuzda iki qardaş bıçaqlanıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində Gündüz və İsrail Cəfərov qardaşlarından birinin övladının dünyaya gəlməsi ilə bağlı keçirilən mərasimdə baş verib. 

Cəfərovlar ailəsinə qonaq qismində gələn, ailənin kürəkəni Zəlimxan adlı şəxs əvvəlcə qayını İsraillə, daha sonra onun qardaşı Gündüzlə mübahisə edib. Aralarında yaranan dava zamanı Zəlimxan hər iki qardaşa bıçaq xəsarətləri yetirib.  
Hadisəni törədən şəxs həmin vaxtı sərxoş olub.  

Faktla bağlı araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu.

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO