Qənirə Paşayeva viza ilə bağlı parlamentdə təklif irəli sürdü

Qənirə Paşayeva viza ilə bağlı parlamentdə təklif irəli sürdü

Hazırda oxunan: Qənirə Paşayeva viza ilə bağlı parlamentdə təklif irəli sürdü

138974
Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupu iyunun 2-də Almaniya Bundestaqında uydurma erməni soyqrımı məsələsinin səsverməyə çıxarılması ilə bağlı alman həmkarlarına müraciət etməlidir.

Moderator.az xəbər verir ki, bunu millət vəkili Qənirə paşayeva bu gün Milli Məclisin plenar iclasında səsləndirib.

Onun sözlərinə görə, verilən açıqlamalar onu deməyə əsas verir ki, Bundestaqda bu məsələ ilə bağlı hansısa ciddi addımların atılması gözlənilir. “Mən təklif edirəm ki, Azərbaycan -Almaniya parlamentlərarası dostluq qrupunun üzvləri almaniyalı həmkarlarına müraciət edərək bu prosesin qarşısını almağa çağırmalıdır. Müraciətdə bildirilməlidir ki, Almaniya Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı yaradılan ATƏT Minsk qrupunun üzvlərindən biridir və belə bir qərarın Bundestaqında qəbul edilməsi bu ölkənin münaqişənin həllindəki mövqeyinə zərbə vuracaq. Və ona görə də belə bir qərarın qəbul olunmasının qarşısı alınmalıdır”x9d, - deyə millət vəkili vurğulayıb.

Bundan əlavə millət vəkili Qənirə Paşayeva dövlət büdcəsinin icrası məsələsi müzakirə olunan zaman Azərbaycana gələn turistlərə viza verilməsi məsələsinə də toxunub və konkret təkliflə çıxış edib.

Millət vəkili bildirib ki, avtobus və maşınlarla Azərbaycana gələn turistlərə sərhəd keçid məntəqlərində viza verilməlidir.

Onun sözlərinə görə, biz Azərbaycana gələn turistlərin sayını qonşu və qardaş ölkələrdən gələn tursitlər hesabına artıra bilərik. "Azərbaycana daha çox qardaş Türkiyədən də turist cəlb etmək olar. Ancaq burada bir problem var. Bu isə ondan ibarətdir ki, Türkiyədən təyyarə ilə Azərbaycana gələn turistlərə hava limanında verilir. Ancaq təyyarədən başqa insanlar quru yolu ilə də qonşu ölkələrə turist səfərləri edirlər. Quru yolla maşın və avtobusla gələn turstlərə sərhəd keçid məntəqəsində viza verilmir. Belə ki, Gürcüstana vizasız gələn Türkiyə vətəndaşlarına Azərbaycana keçərkən viza tələb olunur. Sərhəd keçid məntəqsində isə onlara viza verilmir. Ona görə də xa0təklif edirəm ki, hava limanında olduğu kimi sərhəd keçid məntəqlərində də viza verilməsi yaxşı olardı. Bu ölkəyə turizm axının güclənməsinə öz töhfəsini verərdi. Ümidvaram ki, hökumət bu məsələni nəzərə alacaq.”x9d

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO